Rusiya Ermənistan və Azərbaycan arasında sərhəd probleminin həllində vacib rol oynaya bilər. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“İndi ən vacib məsələ sərhəddə vəziyyəti birdəfəlik nizamlamaqdır. Əlbəttə ki, burada da Rusiyanın iştirakı olmadan heç nə etmək mümkün deyil”, - deyə Putin bu gün “Valday” diskussiya klubunun Soçidə keçirilən iclasında bildirib.
O, eyni zamanda qeyd edib: “Burada bizə iki tərəfdən və Rusiyadan başqa heç kim lazım deyil. “Çox sadə və praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.
Putin vurğulayıb ki, Moskva vəziyyətin nizamlanması ilə bağlı çoxtərəfli variantı, xüsusilə ATƏT-in Minsk qrupunu nəzərdən keçirir. “Biz bunun üzərində işləyirik, önəmli olan əsas məqsədə - təhlükəsizlik vəziyyətinin yaradılması və gələcək münasibətlərin müsbət əsaslar üzərində qurulmasına nail olmaqdır”, - deyə o bildirib.
Rusiya prezidenti xatırladıb ki, üçtərəfli bəyanatın maddəsində RF sülhməramlı kontingentinin münaqişə zonasında qalma müddətinin uzadılması nəzərdə tutulub. “Amma məsələ bunda deyil, vacib olan iki ölkə arasında münasibətlərin qurulmasıdır və ümid edirəm ki, biz buna müvəffəq olacağıq”, - deyə o vurğulayıb.*