Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış sahə avadanlıqlarının, onlara aid köməkçi qurğuların və kommunikasiya xətlərinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsinə 2,8 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, BNA “Techmaster” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 2 milyon 790,596 min manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
Б.Рустамбеков