Azərbaycanda koronavirus infeksiyasına 2112 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 511,974 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2005 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 20 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6847 nəfərə çatıb.
Virusa yoluxmuş 482,578 min nəfər (sutka ərzində +882) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 22 min 549 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12568 (ötən gün 12533 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 81,920 min test aparılıb.*
N.Abbasova