Azərbaycanda koronavirus infeksiyasına 2 min 036 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 516 min 325-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 315 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər (ötən gün 22 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 894 nəfərə çatıb.
Virusa yoluxmuş 484 min 604 nəfər (sutka ərzində +1 min 045) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 24 min 827 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 325 (ötən gün 14 min 053 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 108 min 298 test aparılıb.*
A.Salayeva