Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bazar ertəsi Qubadlı rayonunda səfərdə olublar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfər çərçivəsində prezident Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak edib.
Bundan əlavə, dövlət başçısı “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edib. **
E.Şəfiyev