2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarının biznes, ipoteka və istehlak kreditləri üzrə portfeli artıb.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci il sentyabrın 30-na bankların kredit portfeli 15 milyard 538,7 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,8% - İF) həcmində qiymətləndirilir.
9 ay ərzində bankların biznes kreditləri üzrə portefli 6,2% - 9 milyard 2,3 milyon manatadək və ya bankların bütün kredit portfelinin 57,9%-i səviyyəsində artıb.
Hesabat dövründə bankların istehlak kreditləri üzrə portfeli 15,8% - 4 milyard 239 milyon manatadək artıb, xüsusi çəki 27,3% təşkil edib.
9 ay ərzində bankların ipoteka kreditləri üzrə portfeli 13,9% - 2 milyard 297,4 milyon manatadək (bankların bütün kredit portfelinin 14,8%-i) artıb.
2021-ci il sentyabrın 30-na Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.**
X.Nəsirzadə