Çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana birgünlük səfər edəcək. Bu barədə Türkiyə liderinin Administrasiyasının bazar ertəsi mətbuat üçün məlumatında qeyd olunur.
“Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunda Hava Limanının açılış mərasimində iştirak edəcəklər, regionda avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin iştirakı ilə inşa olunacaq “Ağıllı aqrokompleks”in təməlqoyma mərasimlərində iştirak edəcəklər”, - məlumatda deyilir.
Administrasiyanın məlumatına görə, Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri zamanı Azərbaycan-türkiyə qarşılıqlı münasibətlərin bütün aspekti və iki ölkə arasında gələcəkdə əməkdaşlığın dərinləşməsi məqsədilə atılması gərəkən zəruri addımlar müzakirə olunacaq.
O cümlədən, iki ölkənin liderləri regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. **
N.Abbasova