Azərbaycanda koronavirus infeksiyasına 2 min 266 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 520 min 68-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 477 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər (ötən gün 21 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 939 nəfərə çatıb.
Virusa yoluxmuş 486 min 426 nəfər (sutka ərzində +1 min 194) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 26 min 703 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 552 (ötən gün 9 min 183 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 131 min 33 test aparılıb.*
X.Nəsirzadə