“Unibank” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 17,8% - 960,802 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2021-ci il tarixinə bankın kredit portfeli 727,055 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 28,2%) təşkil edib. İstehlak kreditlərinin payı 421,042 milyon manat (artım 36,6%), biznes kreditlərinin payı 246,002 milyon manatdır (artım 22,6%).
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 862,994 milyon manat (artım 20%) təşkil edir. Bankda depozitlər 656,467 milyon manata (artım 25,7%), əhalinin əmanətləri 549,293 milyon manata (artım 28,9%) bərabərdir.
2021-ci il oktyabrın 1-nə “Unibank”ın kapitalı 97,808 milyon manat (artım 1,1%), nizamnamə kapitalı 125 milyon 686,36 min manat (dəyişməyib) təşkil edir.
9 ayın yekunları üzrə bankın xalis mənfəəti 4,01 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,8 dəfə azdır.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.*
X.Nəsirzadə