27.10.2021 16:45

Azərbaycanda COVID-19-dan ölüm hallarının sayı yenidən artır, 27 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 2 min 300 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 522 min 368-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Ötən gün 2 min 266 yoluxma faktı qeydə alınmışdı.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər (ötən gün 24 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 966 nəfərə çatıb.

Virusa yoluxmuş 487 min 674 nəfər (sutka ərzində +1 min 248) müalicə olunaraq sağalıb.

Aktiv xəstə sayı 27 min 728 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 175 (ötən gün 13 min 552 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 144 min 208 test aparılıb.**

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.