Azərbaycan hökuməti 2022-ci ildə dövlət şirkətləri və kredit təşkilatlarından dövlət büdcəsinə dividend daxilolmalarının azalmasını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Azərbaycan Prezidenti Administrasiyasından Milli Məclisə təqdim olunan “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il dividend daxilolmaları 2021-ci ildə 168,05 milyon manat həcmində proqnoza qarşı 106,5 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Eyni zamanda, proqnozlarda daxilolmaların azalması səbəbi qeyd olunmur.
2020-ci ildə kapitalında dövlət payı olan dövlət şitkərləri və banklar Azərbaycanın dövlət büdcəsinə 151,153 milyon manat ($88,9 milyon) məbləğində dividend ödəyiblər.Bu məbləğdən 150 milyon manat Azərbaycan Beynəlxalq Bankı tərəfindən ödənilib (kapitalında dövlətin və dövlət şirkətlərinin payı 99,66% təşkil edir). **
B.Rüstəmbəyov