27.10.2021 17:41

“Unibank” $15 milyon məbləğində istiqrazlar yerləşdirib

“Unibank” ASC $15 milyon məbləğində istiqrazlar yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.

“23 investor tərəfindən 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği $15 milyon təşkil edib. Nəticədə, oktyabrın 26-da hərraca çıxarılan istiqrazlar yerləşdirilib”, - bankdan qeyd ediblər.

İstiqrazlar bir qiymətli kağız üçün nominalı $1 min olan 15 min qiymətli kağıza bölünüb.

İstiqrazın illik faiz dərəcəsi 6% təşkil edir (faiz ödənişləri rübdə bir dəfə həyata keçirilir).

Kağızların tədavül müddəti - 6 ildir. “Unibank” cəlb olunan vəsaiti daxili bazarda, həmçinin Azərbaycanın regionlarında əməliyyatlarının genişləndirilməsinə yönəldəcək.

"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.

Səhmdarları 9 fiziki və 1 hüquqi şəxsdir. Bankın səhmlərinin 86,3839%-i Eldar Qəribova, 7,6004%-i “Canley Finance S.A.” şirkətinə (Lüksemburq) məxsusdur. Qalan səhmdarların payı 5%-dən çox deyil.**

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.