Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında noyabrın 9-da görüşün keçirilməsi və sənədlərin imzalanması planlaşdırılmır. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan bəyan edib.
“Hazırda Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında mətbuatda iddia olunan hər hansı görüş (noyabrın – 9-da - İF) plalaşdırılmır. Eyni zamanda, hazırda və vaxtaşırı müxtəlif formatlarda görüşlərin keçirilməsi ilə bağlı müxtəlif təkliflər müzakirə edilir”, - Mirzoyan çərşənbə günü parlamentdə “hökumət saatı” çərşivəsində deputatların suallarını cavablandırarkən deyib. **