Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 28-də iki ölkə arasında strateji tərəfdaşlıq və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevlə konstruktiv söhbətimiz oldu. Ukrayna ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıqdan, siyasi dialoqun aktivləşdirilməsindən, enerji sahəsində əməkdaşlıqdan danışdıq”, - deyə Yermak Twitter hesabında yazıb.
Yermak vurğulayıb ki, hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiklərini bir daha təsdiq ediblər.
“İşgüzar təmasları davam etdiririk”, - deyə o əlavə edib.*