Azərbaycanın gömrük orqanları Gürcüstandan ümumi çəkisi 18 kq-dan artıq olan zərgərlik məmulatlarının qanunsuz gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Ümumi çəkisi 18 kiloqram 172 qram olan zərgərlik məmulatları “Qırmızı Körpü” gömrük postuna daxil olan “Mercedes-Benz” markalı avtomobildəki gizli saxlanc yerində aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Bağlamalara baxış zamanı onların içərisində xeyli miqdarda qızıl-zinət əşyası - 761 ədəd qolbaq, 754 ədəd boyunbağı, 783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3 dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram boyunbağı aşkarlanıb.*
E.Şəfiyev