Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazır olduğunu bildirib.
“Biz delimitasiya və demarkasiya prosesinə başlamağa, konkret məsələlərin müzakirəsinə hazırıq. Bizim yanaşmamızı bilirsiniz - bu, Ermənistan və Azərbaycan qoşunlarının qarşılıqlı şəkildə geri çəkilməsi, iki ölkə sərhədçilərinin konkret ərazilərdə yerləşdirilməsi və delimitasiya və demarkasiya prosesinin başlamasıdır. Biz Azərbaycandan müsbət cavab gözləyirik”, - deyə Qriqoryan bu gün brifinqdə bildirib.
Təhlükəsizlik Şurasının katibi, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin əsaslana biləcəyi hüquqi baza 1920-ci illərin xəritələridir.*