Ermənistan Rusiya ilə Qarabağdakı sülhməramlı kontingentin qalma müddətinin uzadılması mümkünlüyünü müzakirə edir. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Məsələ rusiyalı həmkarlarla yüksək və ali səviyyədə müzakirə edilir. Bizim fikrimizcə, yanaşma belədir ki, rusiyalı sülhməramlılar Qarabağda daha uzun müddət qalacaqlar”, - deyə Qriqoryan bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, Qarabağda RF sülhməramlı qüvvələri üçün infrastrukturun yaradılması bu ehtimala əsas verir. “Biz, həmçinin Rusiya ilə Qarabağın təhlükəsizliyinin təmin edilməsi məsələlərini də müzakirə edirik”, - deyə katib qeyd edib.*