Azərbaycan prezidenti İlham Əliyev cümə günü Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.
“Prezident Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı, türk xalqına xoşbəxtlik və rifah arzuladı”, - dövlət başçısının rəsmi saytında məlumat verilir.
Tərəflər qeyd ediblər ki, Türkiyə rezidenti Rəcəp Tayyib Ərdoğanın Azərbaycana bu yaxınlardakı səfəri (oktyabrın 26-da - İF) Bakı və Ankara arasında qardaşlıq və dostluq münasibələtlərinin növbəti nümunəsidir və əlaqələrimizi daha da möhkəmləndirir.
“Əliyev və Erbaş ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğuladılar”, - məlumatda vurğulanır. **
E.Şəfiyev