Qazaxıstanın “Air Astana” aviaşirkəti noyabrın 7-dən Almatı-Bakı marşrutu üzrə uçuşları bərpa edir. Bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Noyabrın 7-dən “Air Astana” aviaşirkəti Almatı-Bakı marşrutu üzrə uçuşlara başlamağı planlaşdırır. Uçuşlar cümə axşamı və bazar günləri “Embraer Е190-Е2” tipli təyyarə ilə həyata keçiriləcək. “Azərbaycan Hava Yolları” aviaşirkəti noyabrın 6-dan Almatı-Bakı marşrutu üzrə həftədə 1 dəfə uçuşlar yerinə yetirməyi planlaşdırır. Reyslər şənbə günləri “А-319” tipli təyyarə ilə həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
“Gələcəkdə reyslərin sayının artırılması epidemioloji vəziyyətdən, idarələrarası komissiyanın və Azərbaycanın aidiyyəti dövlət orqanlarının qərarlarından asılı olacaq”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova