Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) noyabrın 1-dən Azərbaycanın daha 18 müəssisəsinin RF-yə pomidor ixrac etməsinə icazə verib.
Qərar pomidor yetişdirən müəssisələrdə fitosanitar monitorinqin yekunları üzrə və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında qəbul edilib.
Müəssisələrin siyahısı “Rosselxoznadzor”un saytında dərc olunub.
Beləliklə, hazırda 204 Azərbaycan müəssisəsi və 1 kooperativ Rusiyaya pomidor ixrac etmək hüququna malikdir.*