Noyabrın 7-də Cəbrayıl rayon sakini piyada əleyhinə minaya düşərək xəsarət alıb. Bu barədə Cəbrayıl rayon prokurorluğu məlumat yayıb.
“1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Xanlar Aslanovun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır”, - deyə məlumatda bildirilir.*
A.Salayeva