10 noyabr tarixində Parisdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
Azərbaycan XİN-in məlumatına görə, görüşdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
«Həmçinin, Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov