12.11.2021 21:56

Paris və Moskva Azərbaycanla Ermənistan arasında davamlı sülh üçün birgə fəaliyyəti müzakirə ediblər

Fransanın xarici işlər naziri Jan İv Lö Drian və Fransanın müdafiə nazirei Florans Parli Parisdə rusiyalı həmkarları ilə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsini müzakirə ediblər. Bu barədə Fransa tərəfi məlumat verir.

“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bəyanata əsasən, görüş zamanı Fransa tərəfi “Ermənistan Azərbaycan arasında davamlı sülh sazişinə” nail olmaq məqsədilə, o cümlədən İranla BirgəHərtərəfliFəaliyyət Planı üzrə danışıqların bərpası üçün əməkdaşlığa dair Fransa və Rusiyanın birgə fəaliyyətinin zəruriliyi mövzusuna toxunub. **

R.Əhmədov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.