Azərbaycanda koronavirus infeksiyasına 1 min 72 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 561 min 925-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 422 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər (ötən gün 29 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 471 nəfərə çatıb.
Virusa yoluxmuş 523 min 660 nəfər (sutka ərzində +1 min 229) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 794 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 803 (ötən gün 12 min 807 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 367 min 119 test aparılıb.*
N.Abbasova