Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqını (Aİ) Cənubi Qafqazda ikili standartlar siyasətindən əl çəkməyə çağırıb.
“İrəvanın sülhün bərqərar edilməsi istiqamətində inamlı addımlar atdığı, Azərbaycanın isə vəziyyəti gərginləşdirməyə davam etdiyi bir vaxtda tərəflərə (Ermənistana və Azərbaycana - İF) yönəlik ünvansız bəyanatlar beynəlxalq tərəfdaşlarımızın etinasızlığı və hazırsızlığı kimi qəbul edilə bilər”, - deyə Mirzoyan bu gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının görüşündə bildirib.
Onun sözlərinə görə, əgər Aİ Ermənistanın regionda sülhə nail olunması istiqamətində səylərini dəstəkləmək istəyirsə, bu məsələlərdə səmimi olmalı, regionda güc tətbiq edilməsi və insan hüquqları ilə bağlı ikili standartlardan uzaq mövqe bildirməlidir.*