Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq. Bu barədə noyabrın 16-da dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribatla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.
"Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir”, - deyə bəyanatda bildirilir.
XİN qeyd edir ki, Azərbaycan onun ərazi bütövlüyünə qarşı yönələn təhdidləri və hərbi təxribatları bundan sonra da adekvat şəkildə cavablandıracaq.*
E.Şəfiyev