Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq və Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsinə yönəldiləcək.*
E.Şəfiyev