2020-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 4 milyard 372 milyon manat təşkil edib.
Nazirlikdən verilən məlumata görə, hesabat dövründə sosial sığorta daxilolmalarında 10,1% artım qeydə alınıb.
10 ay ərzində sosial sığorta daxilolmaları qeyri-büdcə təşkilatları üzrə 10,5%, büdcə təşkilatları üzrə 4,4% artıb.
DSMF-nin xərcləri 3,7% artaraq 4 milyard 54 milyon manat təşkil edib. Fondun xərclərinin 97%-i əhaliyə ödənişlərdən ibarət olub.*
X.Nəsirzadə