2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artaraq 21 milyard 245,7 milyon kVt/saat olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 20 milyard 592,4 milyon kVt/saat (artım 7,6%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
İstilik elektrik stansiyalarında 19 milyard 387,6 milyon kVt/saat (artım 7,1%), su elektrik stansiyalarında 1 milyard 81,5 milyon kVt/saat (artım 17,2%) elektrik enerjisi istehsal edilib.
Qeyd olunan dövrdə külək elektrik stansiyalarında 75,6 milyon kVt/saat (azalma 6,3%), günəş elektrik stansiyalarında 47,7 milyon kVt/saat (artım 15,8%) elektrik enerjisi istehsal edilib.
2020-ci ilin yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 2019-cu illə müqayisədə 1,1% - 25 milyard 811,2 milyon kVt/saata qədər azalıb.*
N.Abbasova