Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, Parisdə Rusiya XİN başçısının, həmçinin RF və Fransa müdafiə nazirlərinin iştirakı ilə “2+2” formatında aparılan danışıqlarda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsi müzakirə olunub.
“Ermənistanla Azərbaycan arasında möhkəm sülhün əsasını qoymaq üçün Rusiya ilə əməkdaşlıq edə biləcəyimiz məqamlar var”, - deyə o, Fransanın “Monde” qəzetinə müsahibəsində bildirib.
Fransalı nazirin sözlərinə görə, xüsusilə böhran zamanlarında Parislə Moskva arasında dialoq vacibdir.*
A.Hüseynova