Azərbaycanda koronavirus infeksiyasına 825 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 574,799 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1889 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər (ötən gün 25 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 657 nəfərə çatıb.
Virusa yoluxmuş 539,494 min nəfər (sutka ərzində +1238) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 27 min 648 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 199 (ötən gün 11 min 740 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 449,379 min test aparılıb.**
X.Nəsirzadə