Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Liman şəhəri (Lənkəran rayonu) və Xudat şəhərinin (Xaçmaz rayonu) baş planlarının hazırlanması məqsədilə iki şirkət cəlb edib. Həmin şirkətlərlə 317,846 min manat ümumi məbləğdə müqavilələr imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, «Arxin-M LTD» MMC ilə Liman şəhərinin baş planının hazırlanmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 151,748 min manatdır.
“İntegris” MMC ilə imzalanmış ikinci müqavilə Xudat şəhərinin baş planının hazırlanmasını nəzərdə tutur. Müqavilənin dəyəri – 166,098 min manatdır. **
X.Nəsirzadə