2022-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi 2021-ci ilin səviyyəsindən aşağı olacaq. Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bəyan edib.
“2022-ci ildə inflyasiyanın səngiyəcəyini proqnozlaşdırırıq”, - Həsənova bu gün parlamentin plenar iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
Xəbər verildiyi kimi, 2021-ci ildə İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 6%, 2022-ci ildə - 4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib. **
X.Nəsirzadə