Azərbaycan Mərkəzi Bankı “AtaSığorta” şirkətini bankın əməkdaşlarının könüllü tibbi sığortası (KTS) üzrə keçirilən tenderin qalibi elan edib.
Şərtlərə əsasən, tərəflər arasında imzalanmış müqavilə 12 ay müddətinə nəzərdə tutulub.
Hazırda «A-Group» sığorta şirkəti AMB-yə KTS üzrə xidmətlər göstərir. Şirkət 27 noyabr 2020-ci il tarixindən AMB-yə qeyd olunan xidmətər göstərməyə başlayıb. Müqavilə 12 ay müddətinə nəzərdə tutulub. İmzalanmış müqavilə çərçivəsində “A-Group” 380 min 13,5 min manat əldə edəcək. **
R.Əhmədov