Azərbaycan bərpa olunan enerji və “ağıllı texnologiyalar”da ixtisaslaşan Cənubi Koreya şirkətləri ilə fəal əməkdaşlığa ümid edir. Bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bəyan edib.
Əliyev Seulda kçeirilən "Azərbaycan-Koreya Ticarət və İnvestisiya Forumu: Qarabağa Böyük Qayıdış: azad olunmuş ərazilərin investisiya potensialı, cari və planlaşdırılmış layihələr" mövzusunda forumda çıxışı zamanı bildirib ki, Bakı “ağıllı şəhərlər” və bərpa olunan enerji kimi “yaşıl iqtisadiyyat” sahələrini fəal inkişaf etdirir. “Biz bu sahədə böyük təcrübəyə və bacarığa malik olan Koreya şirkətləri ilə əməkdaşlığa ümid edirik”, - nazir müavini vurğulayıb.
Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) icraçı direktoru Sin Sın Qvan öz növbəsində qeyd edib k, 2021-ci ilin 9 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi $87 milyon təşkil edib və 40,3% artıb. O, forumun iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanının genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. **
E.Şəfiyev