"Sumqayıt Kimya Sənaye Parkı"MMC Sumqayıt Kimya və Pirallahı Sənaye Parklarının rezidentlərinin fəaliyyətinin təmin olunması üçün inşa olunmuş daxili və xarici mühəndis-kommunikasiya xətlərinə texniki xidmətlərin göstərilməsinə dair tenderə yekun vurub.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, “AZSERVİS” MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 564,240 min manatdır.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.**
B.Rüstəmbəyov