Azərbaycanda koronavirus infeksiyasına 1,880 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 580,507 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 924 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər (ötən gün 23 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 736 nəfərə çatıb.
Virusa yoluxmuş 545,035 min nəfər (sutka ərzində +1835) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 27 min 736 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 352 (ötən gün 11 min 584 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 485,509 min test aparılıb.**
X.Nəsirzadə