"Fitch Ratings" Beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, reytinq üzrə proqnoz “stabil”dir.
“Reytinqin təsdiq edilməsi İKZF-nin Azərbaycan hökuməti ilə güclü əlaqəsinə (fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması) “Fitch”in dəyişməz baxışını və onun əlçatan mənzil ilə təminatında starteji əhəmiyyəti və kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə kömək hesabına işgüzar mühitin inkişafını əks etdirir”, - məlumatda qeyd edilir.
Agentlik vurğualyır ki, Fond dövlət tərəfindən böyük dəstək almağa davam edir. “Sosial ipöotekanın maliyyələşdirilməsi məqsədilə Fond hər il dövlətdən kapital artımı əldə edir, 2020-ci ildə bu rəqəm 161 milyon manat təşkil edib. Ümumilikdə, dövlət dəstəyi 2020-ci ilin sonuna olan vəziyyətə görə Fondun aktivlərinin təxminən 45-50%-ni təşkil edib”, - Fitch qeyd edir.
2021-ci ildə Azərbaycan hökuməti Fonda kapital inyeksiyaları 71 milyon manat və kiçik və orta sahibkarlıq sektorunun subsidiyalaşmasına 16,5 milyon manat səviyyəsində kapital inyeksiyalarını təsdiq edib.
2022-ci ildə 100 milyon manata yaxın səviyyəsində dəstək nəzərdə tutulur, bu vəsaitin böyük hissəsi sosuial ipotekanın verilməsi üçün nəzərdə tutulur, buna, həmçinin içik və orta biznesə kreditlərin subsidiyalaşması məqsədilə maliyyələşməsi daxildir.
Fitch vurğulayır ki, İKZF gəlirlilidir. 2020-ci ildə Fondun mənfəəti bir il əvvəl 18,7 milyon manta qarşı 7,2 milyon manat təşkil edib. 2020-ci ilin sonuna Fondun aktivləri 1,1 milyard manat təşşkil edib (2019-cu illə müqayisədə artım 14%), burada ipoteka kreditləri üstünlük təşkil edir. “İpoteka portfelinin keyfiyyəti stabil olaraq qalır, eyni zamanda problemli kreditlər 2019-cu ildə 1,7%-ə qarşı 2020-ci ilin sonuna ipoteka kreditlərinin ümumi həcmindən cəmi 2,8% təşkil edir”, - məlumatda bildirilir.
Agentlik qeyd edir ki, Azərbaycanın suveren reytinqləri barəsində müsbət/mənfi hərəkət zamanı Fondun kredit reytinqini yüksəldə/azalda bilər.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. İKZF-nin bütün səhmləri dövlətə məxsusdur. **
A.Əzizov