Azərbaycan prezifenti İlham Əliyev cümə axşamı Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
“Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm”, - başsağlığı məktubunda deyilir.
Cümə axşamı Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində ventilyasiya ştrekində tüstülənmə baş verib, nəticədə 11 şaxtaçı və 3 xilasedici həlak olub, 49 nəfər xəsarət alıb. **