Cümə günü Soçidə keçirilən RF-Ermənistan-Azərbaycan üçtərəfli görüş Qarabağda insidentlərin baş verməməsinə yönəlib. Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyan edib.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün əvvəlində o qeyd edib ki, Qarabağ münaqişəsinin kəskin fazası dayandığı andan artıq bil il keçib.
“Bu dövr ərzində həqiqətən çox işlər görülüb. Əfsuslar olsun ki, hələ bütün məsələlər həll olunmayıb. Sərhəddə baş ermiş insidentlər, hər iki tərəfdən insanların həlak olduğu, yaralandığı faciəvi insidentlər barədə məlumatlıyam, bütün bu məsələlər bizim tərəfdən diqqət tələb edir”, - o bildirib.
“Məhz bunun üçün biz bu gün toplandıq ki, gələcəkdə bu cür insidentlər baş verməsin”, - Putin deyib.
Eyni zamanda, o bir sıra müsbət məqamları qeyd edib.
“Birincisi, heç bir irimiqyaslı hərbi əməliyyatlar baş vermir, bu artıq yaxşıdır. Bu dövr ərzində biz tərəfdən qaçqınların qayıtması ilə əlaqədar böyük iş həyata keçirilib. Artıq 53 min nəfər daimi yaşayış yerlərinə qayıdıb. Yaxşı monitorinq qrupu yaradılıb. Kontingentimiz işləyir, başa düşdüyüm kimi, hər iki tərəfin qiymətləndirmələrinə əsasən, layiqli işləyir, insanların təhlükəsiz həyat şəraitini təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Monitorinq Mərkəzi də fəaliyyət göstərir”, - o bildirib.
Putin əlavə edib ki, əsas odur ki, “gələcəkdə normal həyat üçün şərait yaradılır”. **