Azərbaycan və Ermənistan regionda vəziyyətin normallaşmasına maraq ifadə edir. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“İndi sizin, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin söylədikləri çox vacibdir. Hər iki tərəfdən vəziyyətin optimallaşmasına, vəziyyətin müsbət məcrada inkişafına maraq ifadə edilib”, - Putin cümə günü Azərbaycan prezidenti İlham Əliyev və Ermənstanın baş naziri Nikol Pşainyan ilə üçtərəfli danışıqlar zamanı bildirib.
O qeyd edib ki, münaqişənin bütün tərəfləri həmçinin kommunikasiyaların açılmasında maraqlıdırlar.
“Biz yenə də yaxın zamanda sərhədin demarkasiya və delimitasiya üzrə işləri təşkil etməyə dair razılaşırıq”, - RF prezidenti qeyd edib ki, bu mürəkkəb məsələdir.
“Lakin bu barədə danışmaq imkanı var”, - Putin əlavə edib. **