Azərbaycan prezidenti İlham Əliyev qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Soçidə keçirilən üçtərəfli görüş dolgun və səmimi xarakter daşıyıb.
“Bu gün ətraflı və səmimi söhbət baş tutub, hər iki tərəfdə narahatlıq yaradan məsələləri, planlarıl açıq şəkildə müzakirə etdik. Qəbul olunan qərarlar Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırılan olmasına şərait yaradacaq”, - Əliyev Soçidə RF və Ermənistan liderləri ilə görüşün yekunlarına dair bildirib.
Əliyev qeyd edib ki, Rusiya Azərbaycan üçün “dost, strateji tərəfdaşdır, hətta deyərdim ki, strateji tərəfdaşdan da artıqdır”. “O cümlədən, Azərbaycanla Rusiya arasında etibarlı münasibətlər ən həssas məsələlər üzrə Ermənistanla razlığa gəlməyimizə imkan yaradır. Düşünürəm ki, görüşümüzün yekunlarına dair yaxşı nəticələr olacaq, hansılar ki, tezliklə baş verəcək və regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”, - Azərbaycan prezidenti əlavə edib. **
E.Şəfiyev