RF prezidenti Vladimir Putin məlumat verib ki, ilin sonunadək Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.
“Əsas hesab etdiyim bir sıra məsələlər dair razılığa gəlmişik. Onlardan birincisi – iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılmasıdır, cari ilin sonunadək bunu həyata keçirməyə dair razılığa gəldik”, - Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə bəyanatla çıxışında bildirib.
O, bunun tezliklə baş verəcəyinə ümidvar olduğunu ifadə edib. “Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur”, - Putin bəyan edib.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin baş tutmuş üçtərəfli danışıqlarını xaraketrizə edən Putin, onları konstruktiv adlandırıb.
“Biz bu gün çox konstruktiv çalışdıq, bu, bu günı formalaşan vəziyyətin dərin təhlili idi”, - Putin deyib.
RF prezidenti qeyd edib ki, görüş zamanı liderlər Rusiya sülhməramlıların, sərhədçilərin, minaların təmizlənməsi ilə məşğul olan və insanların daimi yaşayış yerlərinə qayıdışını təmin edən mütəxəssislərin fəaliyyətini yqüksək qiymətləndiriblər. **