Gələn həftə Ermənistan, Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri nəqliyyat əlaqələri sahəsində üç ölkənin liderlərinin görüşünün yekunlarının müzakirəsi məqsədilə görüşəcəklər. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
Görüçün ətraflı şəkildə danışdıq, ilk addım olaraq, nəqliyyat dəhlizlərinin açılması barədə söhbət etdik: bu həm dəmir yolu, həm də avtomobil əlaqəsinə aiddir”, - Putin Azərbacan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün yekunlarına dair bildrib.
O, bu sahədə fəaliyyət görə görüş iştirakçısı olan ölkələrin hökumət başçalarının müavinlərinə minnətdarlığını bildirib.
“Növbəti razılığımız ondan ibarətdir ki, gələn həftə onlar Moskvada toplaşıb və bizim bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan edəcəklər”, - Putin vurğulayıb. **