İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Aşqabad şəhərində keçirilən 25-ci iclasında Azərbaycan ərazisində İƏT üzv dövlətlərinin “Təmiz Enerji Mərkəzi”nin yerləşdiirlməsi təklifi dəstəklənib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
“İclas zamanı bu mərkəzin yaradılmasına dair qərar qəbul olunub”, - XİN-dən bildirilir.
XİN başçısı Ceyhun Bayramov iclasda çıxışı zamanı qeyd edib ki, Azərbaycan, İƏT üzv dövlətlərinin “Təmiz Enerji Mərkəzi”nə ev sahibliyi etmək təklifinə dəstəyini yüksək qiymətləndirir.
Onun sözlərinə görə, ticarət, nəqliyyat, enerji sahələrində əməkdaşlıq İƏT-in prioritet sahələridir.
“Dayanıqlı enerji və regional elektrik enerjisi ticarətini regional enerji gündəliyimizə daxil etmək vacibdir”, - Bayramov vurğulayıb.
Öz növbəsində, Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu iclasda bəyan edib ki, İƏT-in “Təmiz Enerji Mərkəzi” Sənaye İnkişafı üzrə BMT-nin Qlobal Dayanıqlı Enerji Mərkəzləri Şəbəkəsinin bir hissəsiolaraqyaradılır. **
A.Salayeva