Noyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub. Bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir.
“Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib. **
A.Salayeva