Azərbaycan iki hərbi qulluqçunu Rusiyanın yardımı ilə Ermənistana təhvil verib. Bu barədə RF Müdafiə Nazirliyini məlumat verib.
Şənbə günü nazirliyin saytında dərc olunan məlumatda qeyd olunub ki, hərbi qulluqçular Rusiya sülhməramlı kontingentin komandanlığının yardımı ilə Ermənistan tərəfinə təhvil verilib.
Nazirlikdən qeyd ediblər ki, Rusiya sülhməramlı kontingentin məsuliyyət zonasında mümkün insidentlərin qarşısını almaq məqsədilə səylərin koordinasiyası üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə fasiləsiz əlaqə saxlanılır. **