Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda (Qarabağ rayonu) minaya düşüb. Bu barədə Baş Prokurorluğundan məlumat verilib.
Məlumata əsasən, hərbi qulluqçular Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.
“Hərbi qulluqçular xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır”, - Baş Prokurorluğundan vurğulanır.
Xəbər verildiyi kimi, Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda minalanmış ərazilər problemlərdən biridir. 10 noyabr 2020-ci ildən etibarən, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə yerləşdirən minalara düşərək Azərbaycanın təxminən 180 hərbi qulluqçusu və mülki şəxs xəsarət alıb və həlak olub. **
A.Salayeva