Azərbaycanda koronavirus infeksiyasına 1,662 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 585,783 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 617 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 22 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 807 nəfərə çatıb.
Virusa yoluxmuş 551,724 min nəfər (sutka ərzində +2319) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 26 min 252 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 369 (ötən gün 11 min 982 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 521,070 min test aparılıb.**
A.Salayeva