Azərbaycanda 4,5 milyondan çox şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Noyabrın 28-nə olan məlumata görə, 5 milyon 074 min 275 nəfər birinci, 4 milyon 559 min 863 nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Buster doza vaksin vurduranların sayı isə 852 min 512 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 10 milyon 486 min 650 təşkil edir.
2021-ci il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 147 min 380 nəfərdir. Beləliklə, noyabrın 28-nə əhalinin 44,9%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.*
A.Salayeva